"Mercedes-Benz" flaqmanlarının təchizatına qabaqcıl avtopilot əlavə edilib

Keçən ilin dekabrında Almaniya hökuməti Mercedes-Benz şirkətinə üçüncü səviyyəli avtonomluğu təmin edən Drive Pilot sistemini ümumi istifadə yollarında istismar etməyə icazə vermişdi. İndi isə, alman istehsalçı bu məhsulun daxili bazarda sifarişə açıq olduğunu bildirib. Mayın 17-dən başlayaraq yeni opsiyanı iki flaqman modeli - S-Class və EQS üçün sifariş etmək olar.
Əllərini sükandan ayırmaq və hətta bir müddət gözünü yoldan çəkmək imkanı Mercedes-Benz S-Class sedanının sahiblərinə 5 000 avroya, batareyalı liftbəkə üstünlük verənlərə isə, 7 430 avroya(2430 avro məbləğində əlavə ödəniş Driver Assistance Package Plus paketi üçün tələb olunur) başa gələcəkdir. Yeri gəlmişkən, Drive Pilot sisteminin ən yeni EQS SUV krossoverində quraşdırılacağı da elan edilib, lakin elektrik krossoverinin satışlarına hələlik başlanmayıb.
İşində müxtəlif kameralardan, sensorlardan, radarlardan, həmçinin lidar və yüksək dəqiqlikli üçölçülü xəritələrdən istifadə edən Drive Pilot kompleksi 60 km/saat həddinə qədər sürətlərdə hərəkətə başlamanı, dayanmanı və zolağı dəyişməyi öz üzərinə götürür, üstəlik, bütün bunları dəqiq və inamlı manevrlər ilə yerinə yetirmək qabiliyyətinə malikdir. O, sükan çarxındakı işıq göstəriciləri vasitəsilə sürücüyə onun həyatını asanlaşdırmağa hazır olduğunu bildirir, avtonom rejimə keçidi təsdiqləmək üçün isə, düyməyə basmaq kifayətdir.
Gözlənilməz vəziyyətlərdə elektronika əl ilə idarəetmə rejiminə qayıtmağı təklif edir və əgər sürücü bu təklifə 10 saniyədən çox müddətdə reaksiya vermirsə, o zaman sistem avtomobili müstəqil şəkildə dayandırır, qapıları açır və təcili yardım çağırır. Bundan başqa, Drive Pilot sistemi kameranın köməkliyi ilə təcili yardım xidmələrinin nəqliyyat vasitələrini tanımağa qadirdir.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










