“Mercedes-Benz” və “BMW” güclərini birləşdirdi – Yeni şirkət rəsmi olaraq quruldu - FOTO

Alman avtomobil nəhəngləri Çində genişlənmək üçün güclərini birləşdirir.
Avtosfer.az xəbər verir ki, “BMW” və “Mercedes-Benz” tərəfindən qurulan yeni təşəbbüs Asiya bazarında, xüsusən də Çində elektrik enerjisi doldurma infrastrukturunu genişləndirmək məqsədi daşıyır. Artıq “Beijing Ion Qi New Energy Technology” adlı şirkət rəsmi olaraq qurulub.
Çində açılan yeni şirkət “Supercharging Network” adı altında fəaliyyət göstərəcək. Bu, sürücülərin hərəkətdə olarkən avtomobillərini doldurmasını asanlaşdıracaq.
“Ion Qi New Energy Technology”nin bəzi iddialı planları var. Belə ki, Alman istehsalçıları 2026-cı ilə qədər ən azı min qabaqcıl sürətli enerji doldurma stansiyası və ölkə daxilində təxminən 7 min stansiya tikmək istəyirlər. İlk stansiyaların tikintisinə iri şəhərlərdən başlayaraq 2024-cü ildə başlanacaq.
Bu doldurma stansiyası şəbəkəsi bir neçə il ərzində Çinin bütün şəhərlərini və digər bölgələrini əhatə edəcək şəkildə genişlənəcək.
Xatırladaq ki, həm “BMW”, həm də “Mercedes-Benz” nəqliyyatın gələcəyi olaraq elektrik mobilliyinə böyük sərmayə qoyurlar. “BMW” təkcə keçən il Çinə 40 000-dən çox elektrik avtomobili tədarük edib, satışları bir il əvvəlki ilə müqayisədə 138 faiz artıb.
“Mercedes” isə daxili yanma variantlarını inkişaf etdirməyə davam etməklə yanaşı, həm də məhsul çeşidini elektrikləşdirməyə çalışır. Alman avtomobil istehsalçıları birgə müəssisə vasitəsilə resursları birləşdirərək Çinli müştərilərin şarj tələbatını ödəməyə ümid edirlər.
Qeyd edək ki, bu əməkdaşlıq ilk mərhələdə Çinə aiddir. BMW və Mercedes qabaqcıl super şarj texnologiyası ilə Çin markaları ilə rəqabət aparmağı hədəfləyir.
Məhəbbət Tərlanoğlu
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək













