“Mercedes” “EQ” modellərində istifadə etdiyi dizayndan imtina edir – Bəs modelin adı da dəyişir? - FOTO

“Mercedes-Benz” tərəfindən edilən açıqlamalarda şirkətin elektromobil seriyası üçün ciddi dəyişikliklər var. Belə görünür ki , EQS və EQE modelləri dizayn baxımından tamamilə fərqli istiqamətdə inkişaf edəcək.
Avtosfer.az xəbər verir ki, artıq “Mercedes” “EQS” və “EQE” modellərinin dizaynını dəyişəcək.
“Mercedes-Benz” “EQ” ilə başlayan elektrik avtomobil modelləri ilə bazara sürətlə daxil olub. Seriya adları əsasında “EQS” və “EQE” modellərini təqdim edən Alman avtomobil nəhəngi, görünür, bu müddət ərzində istifadəçilərdən istədiyi rəyi ala bilməyib. Belə ki, şirkət “EQS” və “EQE” modellərində köhnə dizayndan tamamilə imtina edir.
Avtomobil istehsalçısı bundan sonra gələcək “EQ” modellərinin yeni təqdim edilən və daha çox bucaq xətləri olan konsept “CLA”ya bənzəyəcəyini bildirib . Dizaynın dəyişəcəyini əminliklə deyən “Mercedes-Benz” Avtomobil Mühəndisliyinin vitse-prezidenti Kristof Starzinski ad dəyişikliyi sualına yox cavabını verib.
Məhəbbət Tərlanoğlu
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT















