"Mercedes" "KAMAZ"dakı payını satıb

"Mercedes-Benz" "KAMAZ"dakı payını satıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Almaniyanın "Mercedes-Benz Group" şirkəti Rusiya Federasiyasının ən böyük yük maşını istehsalçısının 15 faiz səhmindən qurtulub. Səhmləri kimin aldığı və hansı qiymətə satıldığı barədə məlumat verilmir. "KAMAZ" Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-ın sanksiyaları altındadır.
Alman konserni ilə "KAMAZ" arasında əməkdaşlıq Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlamasından 4 gün sonra dayandırılıb. Nəticədə Naberejnıy Çelnıdakı müştərək müəssisə yük maşınlarının istehsalını dayandırıb, həmçinin komponentlərin tədarükü də dayandırılıb.
"KAMAZ" Rusiyada yük maşınları və avtobusların aparıcı istehsalçısıdır və həm də uzun illərdir Rusiya ordusu üçün zirehli maşınlar istehsal edir.
Modern.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












