Məşhur avtomobil brendi 250 min dollara saat təqdim etdi - FOTO

Riçard Mill şirkəti markanın ən güclü yol avtomobilinə çevrilmiş “McLaren W1” sportkarına həsr olunmuş xüsusi saat modelini təqdim edib. Avtosfer.az xəbər verir ki, Model RM 65-01 McLaren W1 adlanır və 500 nüsxə tirajla buraxılacaq. Yeni məhsulun qiyməti 250 min avro təşkil edir.

Qeyd olunur ki, RMAC4 mexanizmi vaxtı saniyənin onda birinə qədər dəqiqliklə ölçməyə imkan verir. Saat karbon və titandan hazırlanıb.
McLaren W1 məşhur F1 və P1 idman avtomobillərinin mənəvi varisidir. Yeni məhsulun rəsmi premyerası McLarenin Formula 1 çempionatında ilk qələbəsinin 50 illiyinə təsadüf edib. W1 üçün McLaren Automotive 937 kVt (1275 at gücü) olan yeni hibrid mühərrik hazırlayıb. Avtomobil 100 km/saata 2,7 saniyəyə sürətlənir, maksimal sürəti isə 350 km/saatdır.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












