Məşhur “Rent a car” elektromobillərə görə zərərdədir - Ucuz qiymətə minlərlə maşını satışa çıxardı

Avtomobil kirayəsi nəhəngi “Hertz” ciddi dəyər itkisi nəticəsində öz parkında olan kirayə elektrik avtomobillərini satışa çıxarıb.
Avtosfer.az xəbər verir ki, əvvəlcə 20 min avtomobil satmağı planlaşdırdıqları halda, əlavə dəyər itkisi ilə bu rəqəm 30 minə yüksəlib.
Belə ki, pandemiya sonrası dövrdə avtomobil kirayəsi sənayesində yenilik etmək üçün 100 min “Tesla” alaraq böyük bir addım atan “Hertz” elektrikli nəqliyyat vasitələrinin gözlədikləri qədər möhkəm bir investisiya olmadığını acı bir şəkildə etiraf edib.
Yəni müəyyən yürüş məsafəsinə çatan nəqliyyat vasitələrini sataraq gəlir əldə etməyi düşünən şirkət elektrikli avtomobillər üçün nəzərdə tutulan bu model onların ümid etdiyini qarşılaya bilməyib. Elektrikli avtomobillərin enerji doldurma infrastrukturunda yaşanan problemlər və bu sahədə istehlakçıların narazılığı da “Hertz”in çətinliklərini artırıb.
Bütün bu amillər 2023-cü ilin birinci rübündə 392 milyon dollar itirməsinə və gəlirlərində cəmi 2 faiz artım göstərməsinə baxmayaraq, şirkətin maliyyə probleminə düşməsinə səbəb olub. Bu, “Hertz”i daha çox kirayə elektrikli avtomobil satmağa sövq edib. İndi 30 min elektrikli avtomobilin satışı şirkətin bu sahədəki təcrübələrinin dəhşətli nəticələrini ortaya çıxarıb.
Bu satışlar “Hertz” üçün həm itki, həm də işlənmiş elektrik avtomobilləri axtaranlar üçün əla fürsət kimi qiymətləndirilir. Bu vəziyyət elektromobil bazarında dinamikanın nə qədər sürətlə dəyişə biləcəyinə və dəyər itkisinin nəticələrinin nə qədər böyük olacağına bir nümunədir.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












