Məşhur şirkət 2024-cü ildə onlayn avtomobil satışına başlayacaq

ABŞ-nin “Amazon.com Inc.” şirkəti gələn il öz elektron ticarət platformasında avtomobillərin ABŞ-də satışına icazə verəcək.
Bu barədə şirkətin açıqlamasında bildirilir.
Saytda ilk olaraq Cənubi Koreyanın “Hyundai” şirkətinin avtomobilləri satışa çıxarılacaq.
Müştərilər “Amazon” saytında onlara ən yaxın olan dilerlərdən mövcud olan yeni avtomobilləri satın ala, sonra isə kredit vəsaiti də daxil olmaqla, üstünlük verdikləri ödəniş variantlarından istifadə edərək onlayn sifariş verə biləcəklər. Bundan sonra avtomobil ya alıcıya çatdırılacaq, ya da o, avtomobili dilerdən götürə biləcək.
Qeyd edək ki, “Amazon”un səhmləri cümə axşamı günü 0,3% ucuzlaşıb. Eyni zamanda avtomobillərin onlayn satışı ilə bağlı xəbərlər işlənmiş avtomobillərin onlayn satışı üzrə ixtisaslaşan “Carvana Co.” və “CarMax Inc.” şirkətlərinin qiymətli kağızlarının dəyərinin 5%-dən çox aşağı düşməsinə səbəb olub.(oxu.az)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












