Metro stansiyaları ətrafında avtomobilsiz zona: Mif, yoxsa reallıq?

Bu gün şəhər sakinlərinin niyə metroya maraq göstərdiyini soruşsaq hər yerdə təxminən eyni cavab alarıq. İstər Bakıda, istərsə də Berlində yeraltı nəqliyyatın maraq doğurmasına səbəb dəqiqlik, tıxacsızlıq, meteoroloji şərtlərdən asılılıq olamasıdır. İstənilən şəhərdə metronun özünəxas problemləri olsa da, vaxta qənaət amilinə görə bu nəqliyyat növü üstünlüyünü qoruyur.
Avtosfer.az xəbər verir ki, metronun geniş şəbəkəsi olan şəhərlərdə avtomobilsiz zonalar yaratmaq mümkündür. Almaniyada da bunu nəzərə alıblar.
Ötən il Berlində avtomobilsiz zonalar yaratmaqla bağlı təkliflər aktuallaşdıqda belə bir maraqlı vəziyyət ortaya çıxdı: ekologiya tərəfdarları və könüllülər şəhərdə avtomobilsiz zonaların yaradılmasına dair imzatoplama kampaniyasına başladılar. Cəmi bir həftəyə 53 mindən çox imza toplandı. Növbəti mərhələdə 170 mindən çox imza toplandığı üçün məsələ şəhər şurasının müzakirəsinə çıxarılıb.
Bəs layihədə nə nəzərdə tutulur?
Layihəyə görə, metro stansiyaları (U-Bahn) ətrafında 88 kvadrat kilometrlik avtomobilsiz zona yaradılmalıdır. Bu ərazilərdə yalnız məhdud hərəkət qabiliyyətli insanlar istifadə edə biləcək.
Lakin layihənin reallaşmasına mane olan amillər də var. Avtomobil sənayesi Almaniyada siyasətə ciddi şəkildə təsir göstərir. Avtomobil istehsalçıları bu üsulun yaxın illərdə avtomobilə marağı azaldacağından ehtiyat edirlər. məsələn, 2 il əvvəl Yaşıllar partiyasının 2030-cu ilədək paytaxtdakı parkinqlərin 50%-ni ləğv etmək təklifi rədd edildi.
Maraqlıdır ki, şəhər sakinləri avtomobilsiz məhəllələr yaradılması ideyasına əksər hallarda qarşı çıxmırlar. Lakin son qərarı şəhər və ölkə hakimiyyəti verəcək.
Hələlik Avropada şəxsi avtomobillərin qadağan olunduğu ərazinin böyüklüyünə görə ilk yerdə 105 kvadrat kilometr sahə ilə Paris dayanır ki, bu da ayrı söhbətin mövzusudur.
Vüqar
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










