Mühərrikin soyutma mayesinin azalması ciddi problem yarada bilər – DİQQƏT

Mühərrikdə soyutma mayesinin azalması ciddi problem ola bilər və bu, adi halda baş verməməlidir.
Avtosfer.az xəbər verir ki, əgər mühərrikdə maye itkisi müşahidə edilirsə, bu, sistemdə sızma və ya digər texniki nasazlıqların olduğuna işarədir.
Antifrizin azalmasının əsas səbəblərindən biri radiator qapağının sıradan çıxmasıdır. Qapağın rezin araqatının korlanması və ya bəzən qapağın özünün çürüməsi mühərrik suyunun itirilməsinə səbəb ola bilər. Həmçinin, radiatorun özündə çat və ya deşik olduqda sızma baş verə bilər.
Bəzi hallarda qol borularda (danışıq dilində - patrubka) və birləşmələrdə yaranan boşluqlar da problemin əsas mənbəyi olur. Daha ciddi səbəblərdən biri silindrlər bloku araqatının (danışıqda - prokladka) yanmasıdır. Bu halda mühərrik yağına antifriz qarışa və mühərrikə ciddi zərər verə bilər.

Avtomobil sahibləri mühərrikdə antifrizin azalmasını sadə problem kimi qəbul edərək sadəcə su əlavə etməklə kifayətlənirlər. Lakin bu, müvəqqəti həll yoludur və problemi aradan qaldırmır. Əgər mühərrikdə soyutma mayesi davamlı şəkildə azalırsa, problemi vaxtında müəyyən etmək üçün peşəkar avtoservisə müraciət etmək vacibdir.
Əks halda mühərrikdə daha ciddi fəsadlar yaranaraq yüksək təmir xərclərinə səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












