Musiqi sevən sürücülərə ŞAD XƏBƏR – Bu avtomobil həm rəqs edir, həm də... - FOTO

Dünyanın aparıcı avtomobil istehsalçılarından biri olan “BYD” yeni avtomobilləri ilə çıxış etməyə davam edir. “Tesla”nın ən böyük rəqibi olaraq görülən Çin istehsalçısı bu yaxınlarda elektrikli super avtomobilini təqdim edib.
Avtosfer.az “BYD Yangwang U9”ın xüsusiyyətlərini təqdim edir.
Belə ki, “BYD Yangwang U9” yüksək sürücülük təcrübəsi vəd edir. O qədər ki, avtomobil “BYD DiSus-X Ağıllı Bədən İdarəetmə Sisteminə” malikdir. Müxtəlif şərtlərə görə tənzimlənən asma təmin edən bu sistemlə rəqs kimi təsir edici hərəkətləri də həyata keçirə bilir. Üstəlik onu da qeyd edək ki, avtomobil bu rəqsi musiqi ilə ifa edə bilir.
“BYD Yangwang U9” dörd müstəqil elektrik mühərriki ilə təchiz edilib. Bu mühərriklər 1300 at gücünə malikdir və 1680 Nm fırlanma anı hasil edə bilir . Performans xüsusiyyətləri ilə də diqqət çəkən avtomobilin maksimal sürəti saatda 309 kilometrdir.
Saatda 0-dan 100 kilometrə qədər sürətlənmə vaxtı 2,36 saniyədir. “BYD Yangwang U9” 500 kVt sürətli enerji doldurma sisteminə malikdir. Beləliklə, onu 10 dəqiqə ərzində 30 faizdən 80 faizə qədər doldurmaq olar.
Çində satışa çıxarılan “BYD Yangwang U9” avtomobilinin qiyməti 1,68 milyon Çin yuanıdır. Bu təxminən 235 min dollara bərabərdir.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR













