Nadir avtomobil Avstraliyadakı ofisdən oğurlanıb

Nissan Skyline GT-R R32 avtomobili Nissan Avstraliyanın Melburndakı baş qərargahından oğurlanıb. Avtosfer.az xəbər verir ki, söhbət GTR 091 qeydiyyat nömrəli avtomobildən gedir ki, bu, Avstraliyada satılan ilk Skyline modelidir.
Bu Skyline 2015-ci ildə Nissan tərəfindən geri alınıb və şirkətin tarixi əhəmiyyətli modellər kolleksiyasının bir hissəsi idi. Oğurlanan Skyline-ın dəyərinin 170 min dollar olduğu təxmin edilir. Hazırda Viktoriya ştatı polisi hadisəni araşdırır. Hüquq-mühafizə orqanları baş verənlərlə bağlı məlumatı olan şəxslərdən kömək istəyib.
Qeyd edək ki, Skyline modeli 1957-ci ildə istehsal olunub və zaman keçdikcə markanın ən populyar avtomobillərindən birinə çevrilib. Hazırda Skyline-ın səkkizinci nəsli olan R32 1989-cu ildə təqdim edilib. Bildirilir ki, bu avtomobillərdən yalnız 100-ü 1989-1994-cü illər arasında Avstraliyaya gətirilib.
Orxan
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












