“Nissan Z” arzuolunan satış rəqəmlərinə çatdı - FOTO

“370Z” dən sonra gələn yeni “Z” ilk vaxtlar pərəstişkar kütləsi toplamaqda çətinlik çəksə də, son aylarda eksponent olaraq artan satış rəqəmlərinə çatdı. Avtosfer.az-ın məlumatına görə, ilin ilk 6 ayında Amerikada satış rəqəmləri 50,8% artıb. Sözün əsl mənasında yüksələn satış rəqəmləri 1457 ədədə çatıb. Lakin o ötən il bu zamanlarda 966 müştərini cəlb edə bilmişdi.
“Nissan Z” ilk 6 ayda 7,8% azalaraq 1495 satışı həyata keçirən “Supra”nı demək olar ki, gəlib çatdı. “Toyota” daha ucuz versiyasının istehsalını bitirdiyi üçün yaxın gələcəkdə satış rəqəmlərində əhəmiyyətli dərəcədə azalma müşahidə oluna bilər. Mexaniki transmissiya ilə “Nismo” versiyası “Z”nin üstünlüyünü təmin etsə də, belə bir variantın təklif olunmayacağını məlumdur.
Bu gün “Nissan Z”nin başlanğıc qiyməti transmissiya seçimindən asılı olmayaraq 42 970 dollar təşkil edir. “Nismo” versiyasına yüksəldikdən sonra qiyməti də kəskin şəkildə qalxaraq 65,750 dollara yüksəlir.
“Supra” isə Amerika bazarında ən ucuz variantını 56 250 dollara satışa çıxarır. Tezliklə təqdim olunmasını gözlədiyimiz “GRMN” versiyasının “Nismo”dan ucuz olmayacağını düşünsək, “Toyota” üçün rəqabətin daha da yüksələcəyi proqnozlaşdırılır.
“GT-R” 17 illik karyerasından sonra 2 xüsusi versiyanın satışı dayandırıldığı üçün “Nissan”ın yeganə sport avtomobili yeni “Z”dir.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR



























