"Nissan Z" sportkarı ABŞ-da "Toyota Supra" kupesindən ucuz satılır
ABŞ-da Nissan Z idman avtomobilinin qiymətləri məlum olub. Belə ki, 3,0-litrlik V6 mühərriki və mexaniki transmissiya ilə təchiz edilmiş başlanğıc Z Sport versiyasını bu yay 39 990 dollara almaq olar. Müqayisə üçün, 2.0-litrlik “turbodördlük” və səkkiz pilləli “avtomat” ilə təchiz edilmiş Toyota Supra kupesi 43 350 dollara başa gəlir.
ABŞ-da Nissan Z kupesi üç versiyada təkif ediləcəkdir. Başlanğıc Z Sport versiyası 39 990 dollara, Z Performance - 49 990 dollara, 240 nüsxəlik məhdud saylı tirajla buraxılan Z Proto Spec versiyası isə, 52 990 dollara satılır. Müqayisə üçün, altısilindrli Supra kupesinin qiyməti 51 890 dollardan başlayır.
Bu arada, Nissan Z modelinin bütün modifikasiyaları Infiniti Q60 modelindən alınmış 405 at qüvvəli 3,0-litrlik altısilindrli VR30DDTT biturbo mühərriki ilə təchiz edilib. Mühərrik altı pilləli mexaniki ötürmələr qutusu və ya Jatco firmasının doqquz pilləli “avtomat” ilə tandemdə çalışır. Üstəlik, mexaniki ötürmələr qutusu olan Z Performance versiyasında ötürmələr zamanı mühərrikin dövrələrini uyğunlaşdırma funksiyası var.
Sportkarın standart təchizatına 18-düymlük təkər diskləri, parça salon, bir zonalı klimat-kontrol, altı dinamiki və 8-düymlük sensorlu ekranı olan media sistemi, həmçinin ön və arxa parkinq sensorları daxildir. Z Performance versiyası yüksək sürtünməli mexaniki differensial, arxa spoyler, Bridgestone Potenza S007 şinləri olan Rays diskləri, idman əyləcləri və buraxılış sistemi ilə təchiz edilir.
Məhdud seriyadan olan Z Proto sportkarının təchizatına sarı əyləc supportları, bürünc rəngli 19-düymlük Rays diskləri, mexaniki transmissiyanın eksklüziv dizaynlı dəstəyi, dəri oturacaqlar, parça və zamşa ilə üzlənmiş qapılar daxildir.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










