Ötən il dünyada ən çox minik avtomobili istehsal edən ölkələr – ARAŞDIRMA

2023-cü ildə dünya üzrə ən çox minik avtomobili istehsal edən ölkələrin siyahısı açıqlanıb.
Avtosfer.az bu barədə dünya statistikasının materialları əsasında araşdırma aparıb.
Məlumata görə, ötən il Çin minik avtomobillərinin istehsalına görə lider olub. Belə ki, ölkə bu dövrdə təxminən 26,1 milyon ədəd avtomobil istehsal edib. Siyahıda ikinci yerdə 7,8 milyon avtomobil istehsalı ilə Yaponiya qərarlaşıb.
Dünyanın ən böyük minik avtomobil istehsalçıları siyahısını Yaponiya, Almaniya, Hindistan və Cənubi Koreya tamamlayıb. Aparıcı avtomobil istehsalçıları arasında Almaniyanın "Volkswagen Group" və Yaponiyanın "Toyota Motor Corporation" şirkətləri var.
Dünyada ən çox minik avtomobili istehsal edən ölkələr isə bunlardır:
|
Ölkə |
Avtomobil istehsalı |
|
Çin |
26,2 milyon ədəd |
|
Yaponiya |
7,77 milyon ədəd |
|
Hindistan |
4,78 milyon ədəd |
|
Almaniya |
4,11 milyon ədəd |
|
Cənubi Koreya |
3,1 milyon ədəd |
|
İspaniya |
1,91 milyon ədəd |
|
Brazilya |
1,78 milyon ədəd |
|
ABŞ |
1,75 milyon ədəd |
|
Çexiya |
1,4 milyon ədəd |
|
İndoneziya |
1,18 milyon ədəd |
Qeyd edək ki, 2023-сü ildə Azərbaycanda 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal olunub.
(iqtisadiyyat.az)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












