Özünə 4 milyona unikal avtomobil ALDI: 100 km/saatı 2 saniyəyə yığır - FOTO

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland avtomobil kolleksiyasına 4 milyon funt-sterlinq dəyərində unikal "Bugatti Tourbillon" avtomobilini əlavə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Cəmi 250 ədəd məhdud tirajla istehsal olunan bu "superkar" təkcə futuristik dizaynı ilə deyil, həm də inanılmaz texniki xüsusiyyətləri ilə diqqətləri cəlb edir.

Avtomobil 1800 at gücünə malik hibrid benzin-elektrik V16 mühərriki ilə təchiz edilib. O, 100 km/saata cəmi 2 saniyəyə sürətlənir və 200 km/saat həddinə cəmi 5 saniyəyə çatır. Bu avtomobilin maksimal sürəti demək olar ki, 446 km/saata çatır ki, bu da onu dünyanın ən sürətli istehsal avtomobillərindən birinə çevirir.
Haaland bu avtomobili dostu, "superkar"ların məşhur kolleksiyaçısı, norveçli milyarder Ole Ertvaqla birlikdə alıb. Onlar ölkənin tətbiq etdiyi hibrid benzinli avtomobillərə daha da yüksək idxal vergilərindən qaçmaq üçün avtomobili aprelin 1-dən əvvəl Norveçdə qeydiyyata almaq qərarına gəliblər.

Norveçin ciddi ekoloji qanunlarına görə, Haaland və onun tərəfdaşı üçün "Bugatti"nin son dəyəri 3,2 milyon funt sterlinq olan baza qiymətindən xeyli yüksək olacaq, çünki onlar da avtomobilin fərdiləşdirilməsinə böyük məbləğlər xərcləyəcəklər.
Haalandın kolleksiyasında "Rolls-Royce Cullinan", "Ferrari Monza SP2", "Range Rover Sport", "Audi RS6 Avant Quattro" və "Mercedes AMG" kimi avtomobillər var (Publika.az).
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












