Parkinqlərin ləğvi tıxacların azaldılması üsulu kimi

Metronun 28 May stansiyasının ətrafındakı parkinqin ləğvi, Malakan bağına girişin məhdudlaşdırılması heç də hamının ürəyincə olmadı. Amma artıq qərar verilib, ətraf ərazilərin sakinləri də səs-küysüz həyatdan razıdır. Bəs başqa ölkələrdə necədir?
Avtosfer.az xəbər verir ki, Avropanın bir çox şəhərində avtomobilsizləşmə geniş vüsət alıb. Söhbət avtomobillərin tam qadağasından deyil, müəyyən ərazidə hərəkətinin məhdudlaşdırılmasından gedir.
Təcrübə göstərir ki, şəhər mərkəzlərində parkinq yerlərinin azaldılması və digər məhdudiyyətlərdən sonra istənilən şəhərdə hərəkət tezliyi artır. 2023-cü ilin statistikasına görə avtomobillərin ciddi şəkildə məhdudlaşdırıldığı Vyana və Kopenhagendə həyat keyfiyyəti ciddi şəkildə artıb. Vyanada təkcə 2023-cü ildə 7 mindən çox parkinq yeri velosiped zolağı ilə əvəzlənib. Şəhər ərazisinin 25%-nin parkinqlərə ayrıldığı Manhettendə isə hərəkət etmək ciddi problemə çevrilib.
Beynəlxalq təcrübəni nəzərə alan Paris bələdiyyəsi yaxın 3 ildə 70 min parkinq yerinin ləğvini planşadırır.
Əhalinin yerdəyişməsinə gəlincə: A nöqtəsində yaşayan şəxsin B nöqtəsinə getməsi zəruridirsə, həmin yerə mütləq gedəcək. Lakin həmin əraziyə necə getmək parklama yerinin olub-olmadığından asılıdır.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












