Polis qorxusuna görə bağlanan kəmərin yaratdığı TƏHLÜKƏ

Bu gün də təhlükəsizlik kəmərini lüzumsuz detal hesab edən, qəza anından vəziyyətdən çıxa biləcəyinə inanan sürücülər az deyil. Hətta nə vaxtsa kəmərə görə sürücü və ya sərnişinin qabırğalarının sındığı barədə söhbətlər də dolaşır.
Bəli, bu informasiyada həqiqət var. İlk dövrlərdə insanlar sıxılmamaq üçün kəməri boş bağlayırdılar (polis görsün kəmər var, vəssalam). Buna görə də toqquşma zamanı qabırğa sınması, hətta boğulma halları da olub.
80-ci illərin ortalarından təhlükəsizlik kəmərlərinə tarımlayıcı əlavə edildi. Artıq kəməri qarnın üstünə atmaq mümkün deyildi. Həm də sürücü və sərnişin rahat hərəkət edə bilirdi.
Bu gün də kəmərə barmağarası baxan, tarımlayıcı mexanizmi sökən, kəməri dayanacaq tormozuna keçirən, açıq kəmər detektorunu bloklayan sürücülərin sayı hesabı yoxdur. Bu cür səhv bağlanan kəmər istənilən halda risklidir. Qabırğa və ya boyun sınması, boğulma və digər arzuolunmaz hallar yarada bilər. Polis, daha doğrusu cərimə qorxusu ilə istifadə edilən kəmərin təhükıəsizlik baxımından faydası yox, ziyanı var.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












