“Porsche” ikinci elektromobilini – yenilənmiş “Macan” krossoverini təqdim edib - FOTO

“Porsche” şirkəti ən çox satılan avtomobillərindən biri olan “Macan” krossoverinin yenilənmiş versiyasını təqdim edib, “The Verge” yazır. Avtomobil tamamilə elektrikdir. Bu, avtomobil istehsalçısının 2019-cu ildə nümayiş etdirdiyi “Taycan”dan sonra ikinci elektrik modeldir.
Elektrokar “Audi” ilə birlikdə tərtib edilmiş “Premium Platform Electric” platforması üzərində qurulub. Avtomobilin iki versiyası olacaq: qiyməti 78.8 min dollardan başlayan “Macan 4” və 106.9 min dollara olan “Macan Turbo”. Hər iki modeli artıq öncədən sifariş etmək mümkündür.
Salonda üç displey yer alır – bir 12.6 düymlük və iki 10.9 düymlük. Kiçik ekranlardan biri sərnişin üçün nəzərdə tutulub.
“Macan 4” 4.9 saniyəyə 60 mil/saata (təxminən 96 km/saat) qədər sürətlənir və maksimal sürəti 96 mil/saat (218 km/saat) təşkil edir. Modelin gediş məsafəsi 380 mil və ya 611 km-dir. “Macan Turbo” 3.1 saniyəyə 100 mil/saata qədər sürətlənir, maksimal sürəti 161 mil/saat (259 km/saat) təşkil edir, gediş məsafəsi 367 mil və ya 590 km-dir.
Elektrikli avtomobil 100 kVt-a qədər tutumu olan akkumulyatorla təchiz edilib və 270 kVt-a qədər doldurma gücünü dəstəkləyir. Onunla 10%-dən 80%-ə qədər doldurulma müddəti 21 dəqiqə çəkir, istehsalçı əmin edir.
banker.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
















