“Porsche” son illərin ən böyük böhranını yaşayır - Şirkət yox olma təhlükəsi ilə üz-üzədir

Almaniyanın avtomobil nəhəngi ciddi maliyyə çətinlikləri ilə qarşılaşıb: 2025-ci ilin üçüncü rübü üzrə şirkət 600 milyon avrodan çox zərər gözləyir. Halbuki cəmi bir il əvvəl “Porsche” təxminən 1 milyard avro mənfəət əldə etmişdi.
Avtosfer.az xəbər verir ki, böhrana səbəb olan əsas amillər Çində satışların kəskin azalması, ABŞ-nin tətbiq etdiyi rüsumlar və yeni elektromobillərin buraxılışında gecikmələrdir. Bu problemlər şirkətə 1,8 milyard avroya qədər zərər vurub.
Çində satışlarla bağlı vəziyyət daha da ağırdır: cari ilin ilk 9 ayında “Porsche” Çində cəmi 32 min avtomobil satıb — bu, üç il əvvəlki göstəricidən iki dəfə azdır. Artıq yanvarda şirkəti restrukturizasiya gözləyir və təxminən 1900 əməkdaşın ixtisarı planlaşdırılır.
Qeyd edək ki, “Porsche” Almaniyanın fond indeksləri siyahısından çıxarılıb və yerini daha stabil şirkətlərə verib.(banker.az)
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?












