"Porsche" "TAG Heuer" ilə birlikdə iki xüsusi "718 Cayman GT4 RS" kupesini hazırlayıb

Porsche öz tarixinə hörmətlə yanaşır və bu günlərdə daha bir xüsusi yubiley modelini təqdim edib. Porsche 550 kupesinin Meksikada əfsanəvi Carrera Panamericana yarışında debütünün 70 illiyi və İsveçrənin TAG Heuer şirkəti tərəfindən Carrera Chronograph saatının buraxılmasının 60 illiyi münasibətilə tərəfdaşlar iki eksklüziv idman kupesi hazırlayıblar. Bu, TAG Heuer x Porsche - Legends of Panamericana xüsusi versiyasında olan Porsche 718 Cayman GT4 RS kupeləridir.
Ortamühərrikli idman avtomobilləri heç bir texniki dəyişikliyə məruz qalmayıblar: GT4 RS kupesi PDK “robotu” ilə tandemdə çalışan 4,0-litrlik atmosfer mühərrikilə (500 at qüvvəsi, 450 Nm) hərəkətə gəlir. Porsche mütəxəssislərinin əsas “yaradıcılıq sahəsi” avtomobilin xarici görünüşü olub. Avtomobillərin qapı nömrələri 1953-cü il yarışında yarışan iki Porsche 550 yarış avtomobilində olduğu kimi 152 və 154-dür. Avtomobillər TAG Heuer loqotipləri ilə bəzədilib, qanadlarda isə o illərin Mobil loqotipinin elementi olan Peqas emblemi var.
Salondakı ön paneldə, Meksika bayrağının rənglərində olan tikişlər diqqət çəkirlər. Başlıqlarda o illərin yarış dəbilqəsinin silueti olan xüsusi tikmənaxış ver, qapı kandarlarına isə, “Panamericana Special” yazısı olan lövhələr əlavə edilib, digər dekorativ elementlər də var. Bununla belə, ən nəzərəçarpan element 154 nömrəli avtomobilin məlumat-əyləncə sisteminin ekranının yerində quraşdırılmış iki siferblatı olan xronometrdir.
Yubiley “Kaymanları” Kaliforniyada keçirilən Rennsport Reunion 7 tədbirində nümayiş etdiriliblər. 152 nömrəli avtomobil sonradan hərracda satılacaq, əldə edilən gəlir isə, Meksikada xeyriyyəçiliyə sərf olunacaq. İkinci nüsxənin taleyi hələlik məlum deyil, amma onun Porsche muzeyinin eksponatı olacağı da istisna edilmir.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










