“Porsche”nin “Cayman” və “Boxster” modelləri əsl idman avtomobilləri olacaq - FOTO

Elektrikli avtomobil bazarı hər keçən gün daha da mürəkkəbləşsə də, “Porsche” planlarını hələ də geri çəkmir. Sektora elektrikli avtomobillərin də əyləncəli ola biləcəyini xatırladan “Taycan” və elektrikli SUV bazarında irəliləməkdə çətinlik çəkməyən yeni “Macan”dan sonra, növbə “Boxster” və “Cayman” ikilisinə gəlir.
Yeni nəsildə köklü bir dəyişikliklə daxili yanma mühərrikinə vida edən 718-lər, Alman istehsalçısının Formula E-də qazandığı təcrübələr və sürüş həzzinə yönəlmiş texnologiyalarla 2025-ci ildə təqdim olunacaq. Həqiqi bir idman avtomobili olmağa davam edəcəyi bildirilən ikili, “Porsche”nin bir müddət ertələdiyi 2030-cu ilə qədər satışlarının 80%-ni elektrikli modellərlə qarşılayacaq planına da böyük töhfə verəcək.
Maliyyə Direktoru Lutz Meschke bu barədə açıq şəkildə danışıb: "Daxili yanma və hibrid avtomobil istehsalının keçmişdə açıqlanan planlardan kənara çıxması baxımından, gələcək nəsildə elektrikli gücə sahib olacaq “Boxster” və “Cayman” modellərinin növbəti il ərzində satışa çıxması gözlənilir. Bunun geri dönüşü yoxdur."
Ar-Ge Direktoru Michael Steiner isə yüngül və yüksək performanslı elektrikli avtomobillər istehsal etmək üçün böyük səylər göstərildiyini söyləyib. Məqsəd, bazara həm səmərəli, həm də həyəcanverici iki avtomobil təqdim etməkdir.
Hər iki avtomobil də “Porsche”nin yeni kompakt idman avtomobilləri üçün modifikasiya edilmiş SSP Sport platformasına (“Taycan”ın platforması) əsaslanacaq. Məsələn, daha aşağı bir sürüş mövqeyi və mövcud “Boxster” və “Cayman”a daha yaxın bir çəki bölgüsü təmin etmək üçün batareya paketi sürücünün arxasında yerləşdiriləcək.
Nərmin
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
















