"Prius" bu göstəriciyə görə birinci oldu

Ölkəmizdə Toyotanın ən geniş yayılmış modellərindən olan Priusa münasibət yumşaq desək yaxşı deyil. Bunun səbəblərini yazaraq uzunçuluğa yol vermək istəməzdim (bir haşiyə çıxım ki, bu sözlər yapon istehsalçıya qarşı qərəz və ya qaralama kimi başa düşülməməlidir).
Avtosfer.az xəbər verir ki, ABŞ-nin Enerji səmərəliliyi və Qənaət Şurası 1200 avtomobil modelinin səmərəliliyini araşdırıb. Enerji qənaəti baxımdan isə ilk yerə Prius layiq görülüb. Bu model 100 mümkün baldan 71-ni toplayıb.
Şura apardığı sınaqlardan belə qənaətə gəlib ki, ekoloji baxımdan ən sərfəli modellər doldurulabilən hibridlərdir. Onların istehsalı da elektromobilə nisbətdə daha asan başa gəlir. 20 min km illik yürüş zamanı Prius ABŞ qiymətləri ilə 529 dollarlıq yanacaq sərf edir.
Bəs Priusun sirri nədədir?
Şuranın mütəxəssislərinin fikrincə avtomobilin batareyasının tutumu məntiqli həcmdədir. ən əsası isə hibrid sistemi yaxşı qurulduğu üçün Prius sürücülərinin nə vaxtaşırı yanacaq doldurmağa, nə də tez-tez batareya doldurmağa ehtiyacı olmur.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












