Qadınlara sürücülük hüququ verməyən ölkə ilə bağlı təəccüblü qərar - FOTO

Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı 2025-ci il üçün BMT-nin gender bərabərliyi komissiyyasının sədri seçilib.
Avtosfer.az xəbər verir ki, Ciddə BMT-nin yarandığı dövrdən indiyədək ilk dəfə bu komissiyaya rəhbər olacaq. Səsvermədə iştirak edən 45 ölkənin hamısı səudiyyəli diplomat Əbdüləziz əl-Vasilin namizədliyini yekdilliklə dəstəkləyib. Lakin məsələ əksər ölkələrdə ciddi polemikaya yol açıb.
İş burasındadır ki, gender bərabərsizliyinə görə Səudiyyə Ərəbistanı 146 ölkə arasında 136-cı yerdədir. Lakin bu ölkədə qadın hüquqları ilə bağlı son bir neçə ildə cüzi yaxşılaşma müşahidə edilir. Artıq bir neçə ildir ki, qadınların maşın sürməyinə icazə verilib. Zərif cinsin nümayəndələri 10 il əvvəlkikdən fərqli olaraq kişi qəyyumun (ata, qardaş, ər) icazəsi olmadan pasport ala, işləyə, maaşı barədə özü qərar verə (Napoleon Məcəlləsinin 1804-cü il versiyasındakı məhdudiyyətlərin bənzəri) bilər. Amma formal şəkildə.
Qayıdaq elə sürücülük məsələsinə: bir neçə il əvvəl səudiyyəli qadınlara maşın sürməyə icazə verilsə də, bu, formallıqdan başqa bir şey deyil. Qadın müdavimləri öyrətmək üçün qadın təlimçilər tələb olunur ki, bu da yoxdur, vəssalam. Vəsiqəsiz maşın sürməyə görə kimsə həbs olunmaq, və ya şallaqlanmaq istəyirsə buyursun.
Hökumətin qadınlara formal olsa da, sürücülük hüququ verməsi təbii ki, cəmiyyətin bütün təbəqələrində birmənalı qarşılanmayıb. Nüfuzlu din xadimləri qərara qarşı çıxıblar. Lakin onların gətirdikləri “dəlili” burada yazaraq etik çərçivədən çıxmaq istəməzdim. Həm də Ramazan ayının son günlərində.
QEYD: Üzdəki fotoda olan qız məhz bu örtüksüz şəklinə görə bir ildən çoxdur həbsdədir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR













