Qatara daş atanların cəzası: Beynəlxalq təcrübə

Azərbaycan Dəmir Yolları yenə də kənar müdaxilələrdən narazıdır. Bəli, görünür dəmir yollarının cidcdi cəzalandırma mexanizmi yoxdur. Qatara daş atanların, yola təkər düzənlərin hansınınsa cəzalandırılması ilə bağlı mətbuatda xəbərə rast gəlməmişəm. Hörmətli ADY-nin nümayəndələri qatar keçən ərazilərdə sakinlərlə görüşlər keçirir, maarifləndirmə işi aparırlar. Təqdirəlayiqdir, amma kifayət deyil. Nə qədər ki, cəza mexanizmi işə düşməyib təbliğat ciddi nəticə verməyəcək.
ADY-nin son statistikası mənə Belçikada ötən il baş vermiş hadisəni xatırlatdı. Polis 3 yeniyetməni qatara daşa atdığı üçün saxlayıb idarəyə gətirir. Videoya baxdıqdan sonra biri sərbəst buraxılır, ikisinin isə dindirilmək üçün valideynləri idarəyə çağırılır. İfadələri alındıqdan sonra iş prokurorluğa göndərilir və valideynlər üçün əsl həngamə buradan başlayır.
Məlum olur ki, uşaqlar daş atmaqla dəmir yolunda 1200 dəqiqə ləngiməyə səbəb olublar. Dəmir yolları isə hər gecikən dəqiqə üçün 80, ümumilikdə isə 960 min avro tələb edir. qatarlara dəyən maddi ziyan bura aid deyil. Bir sözlə, 2 valideyndən uşaqlarınən əməlinə görə manat ekvivalentində 2 milyon manata yaxın təzminat tələb edilir.
Məhkəmə başa çatmadığı üçün nəticənin nə olduğunu bilmirəm. Lakin tam əminəm ki, bizdə də bir neçə valideyn belə cəzalandırılsa maşinistlərin və sərnişinlərin həyatı risk altına düşməz.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












