"Range Rover" ilk elektrikli avtomobil modelini təqdim etdi

Lüks avtomobil dünyasının ən məşhur adlarından biri olan “Range Rover”, nəhayət, elektrik avtomobil sənayesində iştirak edəcəyini açıqlayıb. Şirkətin ekoloji cəhətdən təmiz yanaşması çərçivəsində təqdim etdiyi elektrikli “SUV” modeli yeni dövrün qapılarını açır.
Avtosfer.az xəbər verir ki, “Range Rover”in elektrikli avtomobil modeli bir tərəfdən brendin ənənəvi dizayn yanaşmasını əks etdirməyə davam edərkən, digər tərəfdən də tamamilə müasir texnoloji yanaşma nümayiş etdirir. Sadəliyin ön planda olduğu avtomobil öz gücünü tamamilə elektron komponentlərindən alır.
Sektora iddialı bir yanaşma ilə daxil olan şirkətin elektrikli avtomobil modeli üstün performans və səssizlik hədəflərini vurğulayır. Promosyonlarda bu modelin indiyə qədər ən səssiz və ən incə “Range Rover” olacağı ifadələri vurğulanır.
Avtomobillə bağlı digər diqqəti çəkən detal isə odur ki, o, “lüks avtomobillər” sinfində olsa da, yolsuzluq şəraitində də təsirli performans təqdim edə bilir. 850 millimetr sudan keçmək qabiliyyəti kimi iddialı xüsusiyyətlərə malik olan avtomobil sahədə də kifayət qədər iddialı görünür.
Qeyd edək ki, elektrikli “Range Rover”in istehsal prosesi zamanı akkumulyatorlar və elektrik ötürücü qurğular kimi bir çox hissənin İngiltərə mənşəli olmasına üstünlük verilirib.
Məhəbbət Tərlanoğlu
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10












