"Renault"un məşhur modeli "Nissan" brendi ilə istehsal oluna bilər

“Renault Group” müxtəlif inkişaf və strategiya addımları ilə gündəmdə qalmağa davam edir. Bu kontekstdə marka həm də elektrikli avtomobillərə üz tutur və digər modelləri ilə də irəliləyişlər edir.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə “Renault” Hindistan bazarı üçün yeni “Duster” modelini hazırlayır.
Hindistan bölgəsində “Nissan” markası ilə satışa çıxarılacaq model əslində “Duster” modelinin çox cüzi dəyişikliklərə məruz qalan versiyasıdır. 2025-ci ildə təqdim ediləcək yeni model Hindistan bazarında satışa çıxarılacaq. Xüsusilə Hindistan kimi zəif inkişaf etmiş bazarlarda bəzən marka və kiçik dizayn dəyişiklikləri etmək çox faydalı ola bilər.
Çünki Avropadan fərqli olaraq bu bazarlar brendlərin tam hakim ola biləcəyi sahələr deyil. Bu səbəbdən uzun müddətdir bölgədə olan “Nissan” kimi markalarla satış etməyi seçmək və xüsusi olaraq bu bazarlar üçün avtomobil dizayn etmək çox məntiqli bir qərardır.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












