Rusiyada taksi qadağası: Bizə və özlərinə təsiri nə olacaq?

Rusiyada bir neçə il əvvəl taksi sürücüləri üçün Rusiyanın sürücülük vəsiqəsi tələbi irəli sürülmüşdü. İndi isə vətəndaşlıq tələbi ortaya atılıb.
Avtosfer.az xəbər verir ki, artıq bəzi regionlarda taksi fəaliyyəti üçün Rusiya vətəndaşlığı tələb olunur. Yaxın vaxtlarda qüvvəyə minəcək qaydalarla bağlı ekspertlər narahatlıqlarını dilə gətiriblər.
Belə ki, Rusiyada istər böyük şəhərlər, istərsə də əyalətlərdə taksi fəaliyyəti ilə məşğul olan hər 3 nəfərdən biri əcnəbidir, daha doğrusu keçmiş sovet məkanının sakinidir. Onların birdən-birə, kütləvi şəkildə işdən çıxarılması bu xidmətin bahalaşmasına gətirib çıxaracaq.
Hazırda bir taksi sürücüsünün gəliri zavodda 5 günlük rejimlə işləyən mühəndisdən daha çoxdur. Belə olduğu təqdirdə zavodlarda işləyənlər kütləvi şəkildə taksi fəaliyyətinə yönələcək. Müəssisələr işçiləri saxlamaq üçün maaşları artırmalı olacaq. Bu da son nəticədə inflyasiyanı artıracaq.
Digər vacib məqam: Rusiyada işsizlik tarixi minimuma enib, ciddi kadr qıtlığı his olunur. Avtobus və taksi sürücləri vərtəndaşlıq mənsubiyyətinə görə işdən azad edilərsə, o zaman ümumi iş yerlərinin 15%-i vakant olacaq. Müharibə aparan ölkə üçün bunun nə demək olduğu hər kəsə məlumdur.
Azərbaycanlılara gəlikdə isə, bizim də çox sayda vətəndaşımız Rusiyada sürücülüklə məşğuldur. Onların işini itirməsi buradakı ailələrinə də təsirsiz ötüşməyəcək.
Vüqar
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










