Rusiyanın avtomobil sənayesinin gələcək planı və ya 50 illik tənəzzül

Sanksiya girdabından xilas olmağa çalışan Rusiyanın avtomobil sənayesi indi ixrac planları barədə düşünür.
Avtosfer.az xəbər verir ki, son 20 ildə Rusiyada kifayət qədər avtomobil zavodu tikilib (onların son 1 ildəki taleyi məlumdur – müəl.). Bu zavodların illik gücü 3 milyon avtomobildir. Bu da Türkiyədən 3, Çexiyadan isə 2 dəfə çoxdur.
Bununla belə, Federasiyanın zavodları bir qayda olaraq daxili bazar və ən yaxşı halda MDB ölkələri üçün işləyib. Daha az məhsul istehsal edən Türkiyə və Çexiya isə özünə stabil bazar formalaşdıra bilib.
İndi rusiyalı istehsalçılar qarşıya məqsəd kimi xarici bazara çıxışı qoyublar. Rus mediasının xəbərinə görə, məqsəd keçmiş SSRİ, Afrika, Latın Amerikası və ərəb ölkələrində bazar uğrunda mübarizə aparmaqdır.
Siyahıdan görünür ki, federasiyanın avtomobil istehsalçıları 40-50 il əvvəllə müqayisədə daha məhdud coğrafiya ilə qane olmağa məcburdur. 1970-80-ci illərdə Sovet İttifaqının əsas ixracat istiqamətlərindın biri də Qərbin inkişaf etmiş ölkələri idi. İndi isə bunu rusiyalı istehsalçılar ağıllarının ucundan belə keçirmirlər.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












