Rusiyanın keçmiş “Mercedes-Benz” zavodunda hansı avtomobillər istehsal ediləcək?

Moskva vilayətindəki keçmiş “Mercedes-Benz” zavodu Çin markalı avtomobillər istehsal edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “Avtodom” şirkətinin rəhbəri Andrey Olxovski məlumat yayıb.
O, müəssisədə avtomobilin istehsalının necə təşkil ediləcəyi ilə bağlı suala cavab verərkən bildirib ki, ən sadə variant hansısa brendin müqavilə ilə yığılmasıdır:
“Bizim vəzifəmiz Çin tərəfdən komponentlər almaq, avtomobili yığmaq və satış üçün distribyutora təhvil verməkdir”.
Olxovski hansı şirkətin müəsisəyə tərəfdaş olacağı və maşınların yığılması üçün komponentlərin necə tədarük ediləcəyi barədə cavab verməyib.
Qeyd edək ki, Moskva vilayətindəki “Esipovo” sənaye parkında “Mercedes-Benz” zavodu 2019-cu ilin yazında açılıb, istehsal gücü tam dövriyyə rejimində ildə 25-30 min avtomobil istehsal etmək üçün nəzərdə tutulub.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












