Ruslar "ZİL"i ləğv edib xatirəsini metroda yad etdilər - FOTO

Moskva şəhərindəki prosesi başqa ifadə ilə təsvir etmək mümkün deyil. Avtosfer.az xəbər verir ki, Moskva metropoliteninin Troitsk xəttində yeni tikilən stansiyalardan biri ZİL adlandırılacaq. Məşhur avtomobil zavodunun adını daşıyan stansiyanın vestibülünü ilə zavodda vaxtilə istehsal edilmiş maşınların panoları bəzəyəcək.
Amma bir maraqlı sual da ortaya çıxır: zavodun xatirəsini yaşatmaqdansa özünü yaşatmaq daha yaxşı olmazdımı? Müəssisənin yüzlərlə hektar ərazisində bərqərar olan, 50-60 il müddətinə tikilmiş sexlər sökülərək yerində göydələnlər, ticarət mərkəzləri ucaldıldı. Bunun əvəzinə zavoda sərmayə qoyaraq daha müasir texnika istehsal etmək mümkün deyildimi? Ölkənin ilk yük avtomobili zavodunu ən azından tarixə hörmət xatirinə saxlamaq olardı. 2 qlobal müharibədən salamat çıxan zavod, 90-cı illər Rusiyasının iqtisadi sistemindən salamat çıxa bilmədi.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR














