Sağ sükanlı Jiquli : Əfsanə, yoxsa standart?

Sovet dövründə ixrac olunmuş Jiqulilər barədə çox əfsanə dolaşır. Bu gün isə biz əfsanədən deyil, reallıqdan danışacağıq.
Avtosfer.az xəbər verir ki, 70-ci illərin sonlarında Lada (Jiqulinin ixrac adı) kütləvi şəkildə Qərbə ixrac olunmağa başladı. Britaniyaya ixracda isə çətinlik yarandı. Avropadan fərqli olaraq burada hərəkət soltərəfli idi. Lakin problemdən çıxış yolu vardı.
Sovet mühəndisləri sükanı sağda olan avtomobillər layihələndirməyə başladılar. Bununla Ladanın Britaniya və onun keçmiş müstəmləkələrinə ixracında problem aradan qalxdı.
Texniki olaraq sağ sükanlı Lada ilə sol sükanlı Jiqulinin ciddi fərqi yoxdur. Mühərrik və transmissiya tamamilə eynidir. Yalnız şüşəsilənlər, tormoz rezervuarları və digər xırda detallar fərqlidir. Bu maşınların heç biri hansısa qarajda uyğunlaşdırılmış “perekidka” deyil, zavod məhsuludur. Ən əsası isə, ixrac modelləri daha keyfiyyətli hazırlanıb, satışdan əvvəl ciddi yoxlamadan keçib.
SSRİ-nin süqutu ilə rus maşınlarının ixracı dayandı. Bu dəfə isə ruslar həmin avtomobilləri kütləvi şəkildə alaraq vətənə qaytardılar. O maşınlardan biri də fotoda gördüyünüzdür.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR




















