Son beş gün... - FOTO - Video

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə paytaxtda keçiriləcək klassik avtomobillərin yürüşü və sərgisinə son hazırlıqlar gedir.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yürüş ərəfəsində qeydiyyatdan keçmiş avtomobillərə və Heydər Əliyev Mərkəzində nümayiş olunan klassik avtomobillərə bir daha baxış keçirilir, onların yağlama-sazlanma işləri aparılır, bəzi avtomobillərin sınaq yürüşü təşkil olunur.
AAF-ın nümayəndəsi Nərgiz Rüstəmova bildirib ki, klassik avtomobillərin yürüş və sərgisinə olan marağın ildən-ilə artması sevindirici haldır. Onun sözlərinə görə, avqustun 25-də yürüşdən əvvəl Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunacaq:
“Dənizkənarı Milli Parkdan start götürən yürüş paytaxt küçələri, Heydər Əliyev Mərkəzinin qarşısından keçməklə “Dreamland Golf Club”da başa çatacaq. Yürüşdə AAF-da qeydiyyatdan keçən avtomobillərlə yanaşı Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş olunan bəzi klassik avtomobillər də iştirak edəcək”.
Yürüşün sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçiriləcək:
“Burada tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert və əyləncə proqramı təqdim ediləcək, viktorinalar, geyim və avtomobillər üzrə müxtəlif nominasiyalarda qaliblər seçiləcək”.
Yürüşə hazırlıqdan videomaterialı təqdim edirik:










"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












