Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR

1930-cu illərədək Azərbaycanda barmaqyla sayılacaq qədər avtomobil vardı. Buna görə də onlara heç bir nömrə nişanı tələb olunmurdu.
Avtosfer.az xəbər verir ki, 1934-cü ildən etibarən say artdığı üçün fərqlənmə nişanlarının da olması zərurətə çevrildi.
Beləliklə, keçmiş SSRİ-də olduğu kimi, Azərbaycanda da 1934-cü il standartı ilə nəqliyyat vasitələrinə nömrə verilməsi məcburi oldu. O vaxtkı standarta görə nömrə nişanı 2 ikirəqəmli ədəd və şəhərin adından ibarət idi:
БАКУ
2 il sonra şəhər adları yığışdırıldı, yerini hərf aldı. Həm də motosikllərin nömrələri fərqləndirildi:
Avtomobillər: АЗ, АЖ, АИ, АК
Motosikllərin isə 1 seriyası vardı: АЗ
1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ordudan maşınların mülki həyata kütləvi transferi baş verdi.
Digər tərəfdən, bəzi hərbçilər özləri ilə Almaniyadan avtomobil və motosiklet də gətirməyə nail olmuşdular.
Artıq milis mülki dövriyyəyə buraxılan yeni avtomobillərə nömrə verməyə çətinlik çəkirdi.
Bu səbəbdən 1946-cı il nömrələrin seriyaları artırıldı. Həm də bütün SSRİ-də olduğu kimi rəqəmlər qara fonda ağ rəngdə verildi.
Vüqar Yaşaroğlu
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO















