Sovet İttifaqının 7 pilləli elektromobili - VİDEO - FOTO

1947-ci il. SSRİ bəşəriyyət tarixinin ən dəhşətli müharibəsindən qalib ayrılsa da, problemlər boğazadək idi. On minlərlə şəhər və kəndi, dağılmış zavodları, kolxozları yenidən qurmaq lazım idi.
Avtosfer.az xəbər verir ki, ölkədəki ciddi benzin qıtlığına görə hökumət elektromobilə keçid planı hazırlayır. Şəhərdaxili daşımada elektrikə keçidlə benzinə 30% qənaət mümkün olacaqdı.
Elmi-tədqiqat institutları işə girişir və 1 il sonra ilk modellər hazır olur. NAMİ-750 və NAMİ-751 hazır olur.
65 kilometrədək gediş ehtiyatı olan maşınlardan birincinin yükgötürmə qabiliyyəti 500, ikinci isə 1500 kq idi. Elektrik intiqalı elə qurulmuşdu ki, həm irəli, həm də geriyə 7 pilləli ötürmə alınırdı. Maşın kifayət qədər maraq doğurdu, amma.
Avtomobilin maya dəyəri QAZ-51-dən daha baha idi. Bununla belə 1948-ci ildə 8 ədəd maşın hazır olur. 1952-də isə 20 maşın Moskva poçtamtına verilir və burda uzun illər xidmət edir.
Lakin SSRİ atom dövrünə qədəm qoymuşdu və ölkəyə böyük həcmdə qurğuşun lazım idi. Buna görə də, SSRİ-dən elektromobil istehsalı dayandı, xaricdə isə yüksələn templə davam etdi.
Bunu həm də Xruşov hakimiyyətinin iqtisadi qabiliyyətsizliyi ilə izah etmək mümkündür.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
















