Sükan arxasında telefon aludəçiliyi psixi pozğunluq əlamətidir – TƏDQİQAT

Dünyada hər il on minlərlə insan sükan arxasında telefonla danışan və ya yazan sürücülərin qurbanına çevrilir. Ən sərt cəzalar belə bir çox sürücünü bu zərərli vərdişdən çəkindirə bilmir. Səbəb də artıq məlum olub: xəstəliyi cərimə ilə sağaltmaq mümkün deyil.
Avtosfer.az xəbər verir ki, “Plos One” elmi jurnalında mobil telefondan vaxtaşırı istifadə edən sürücülərlə bağlı tədqiqatın nəticələri dərc edilib. Bir neçə ölkədə minlərlə sürücü üzərində aparılan sınaqlar problemin psixoloji aspektlərini ortaya qoyub.
Məqalə müəlliflərinə görə, sükan arxasında telefon aludəçilərində makiavellizm, narsisizm və hətta psixopatiya kimi ciddi pozğunluqlar aşkara çıxıb. Mesajlaşmaq və danışmaq aludəçiliyi əksər hallarda diqqəti özünə çəkmək, özünün vacib şəxs olduğunu göstərmək istəyi və utanmaq hissinin itməsi ilə müşayiət olunur. Bu tip sürücülər telefonun yaratrdığı təhlükələrlə bağlı xəbərdarlıqlara əhəmiyyət vermir, yalnız özlərini düşünürlər.
Məqalə müəllifləri sonda bir sual da qoyurlar: “Telefon aludəçisi olan bütün sürücülər psixopatdırmı? Bu məsələdə HƏ cavabı verərək çox da irəli getmək doğru olmaz. Lakin bir məsələni başa düşmək lazımdır ki, cəmiyyətlər get-gedə daha çox fərdilərşir”.
Göründüyü kimi, telefon aludəçiliyi problemini polis təkbaşına həll edə bilməz. Axı hansısa psixi problemin müayinə və müalicəsi qışın soyuğunda, yayın istisində xidmət aparan polis nəfərinin vəzifəsi deyil.
Vüqar Yaşaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












