Sürücülər küçədə qızlara baxa bilməyəcək – YENİ SİSTEM - FOTO

Avropa ölkələrində yol hərəkəti təhlükəsizliyinə verilən tələblər sərtləşdirilir.
Avtosfer.az xəbər verir ki, 2024-cü ilin iyulundan etibarən istehsal ediləcək bütün avtomobillərdə sürücünün davranışına nəzarət sensorları quraşdırılacaq. Yeni tətbiq 2026-cı ildən satılan avtomobillərin hamısına məcburi olacaq.
Sistem belə işləyir: 20-50 km/saat sürətlə hərəkət zamanı sürücü gözünü yoldan 6 saniyə ayırarsa səs siqnalı ilə xəbərdar ediləcək. Daha yuxarı sürətdə bu müddət 3 saniyəyə enəcək. Bundan başqa sistem sürücünün baş hərəkətlərini, gözünün yummasınaı və ya mürgüləməsini də “görəcək”.
Sistem bəzi modellərdə sınaqdan keçirilib. Hətta sürücü yoldan diqqətini ayıraraq səki ilə gedən qıza baxarsa, o zaman sistem işə düşəcək. Siqnalın səviyyəsi o qədər yüksəkdir ki, avtomobildən kənarda da eşitmək mümkün olmayacaq. Bir sözlə, qızlara baxan sürücü biabır olacaq.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












