Sürücülük imtahanında fransızları heyrətə salan azərbaycanlı ailə - FOTO

Fransada srücülük vəsiqəsinin əldə edilməsinin çətinliyi barədə dəfələrlə yazmışıq. Lakin qeyri-mümkün heç nə yoxdur.
Fransada sürücülük vəsiqəsi alanlar arasında azərbaycanlılar da az deyil. Vəsiqələr qarşılıqlı tanınmadığı üçün bu ölkəyə işləməyə və ya daimi yaşamağa gedənlər yenidən imtahan verərək vəsiqə almalıdırlar.
Fransada yaşayan tanışlarım bu günlərdə sürücülük üzrə nəzəri imtahanda yerli əhalini əməlli başlı təəccübləndirə biliblər. Qulyevlər ailəsi sübut edib ki, bir azərbaycanlı fransız dilini və qanunvericiliyini sürücülük imtahanını uğurla verə bikləcək səviyyədə öyrənə bilər.
Bir neçə həftə əvvəl Asif bəy beşinci dəfədən nəzəri imtahanı verərək fransızları təəccübləndirmişdi. Bu günlərdə isə onun həyat yoldaşı Samirə xanım daha sanballı nəticə göstərə bilib. O, nəzəri imtahanı ikinci cəhddə verməyə nail olub. Halbuki, belə bir göstəriciyə nail olmaq fransızların özündə belə hər kəsə nəsib olmur. İmtahandan bu nəticə ilə keçən tanışlarım barədə fransızlar da öz təəccüblərini gizlətməyiblər.
Asəf bəy ilk sürücülük vəsiqəsini Rusiyada alıb, Azərbaycanda isə yeniləyib. Avtosfer.az-a danışan ailənin dediyinə görə Fransa və MDB məkanında sürücülük vəsiqələrinin verilmə sistemi, suallar, yanaşma tam fərqlidir. Fransada nəzəri imtahan müxtəlif mövzularda 40 sualdan ibarətdir. Müvəffəq olmaq üçün azı 35 suala düzgün cavab təlb olunur.
Hazırlıq məsələsinə gəlincə. Nəzəri imtahana həm məktəblə, həm də fərdi hazırlaşmaq mümkündür. Quliyevlər ailəsi ikinci yolu seçib. Məktəbdə nəzəri hazırlıq regiondan asılı olaraq 600-1500 avro arası dəyişir. Müəyyən hallarda bu xərci dövlət də ödəyə bilər.
Həmsöhbətim bildirdi ki, Fransada əyri yolla sürücülük vəsiqəsi almaq demək olar qeyri-mümkündür. Bunu bildikləri üçün fransızlar başqa variantlar axtarmırlar. Lakin MDB ölkələrindən gedənlər çox vaxt oxumadan vəsiqə almaq istəyirlər.
Quliyevlər ailəsi indi praktik imtahana hazırlaşır. Bunun da nəticəsi barədə yaxın vaxtlarda məlumat veriləcək.
Vüqar
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu















