Sürücülük vəsiqəsi qadağası əmək bazarına belə ziyan vurur - FOTO

Rusiyada nəqliyyat şirkətlərinin 68,4%-i sürücü çatışmazlığından əziyyət çəkir.
Avtosfer.az xəbər verir ki, bu statistikanı Rusiya Elmlər Akademiyasının Sosial-siyasi Tədqiqatlar İnstitutu yayıb.
Bunun səbəblərindən biri rusların sürücü işləməyə marağının olmamasıdır. Əsas səbəb isə bir neçə il əvvəl xarici sürücülük vəsiqəsi ilə yerli şirkətlərdə işləməyin qadağan edilməsidir. Bir neçə il əvvələ qayıdaq:
2010-cu illərin ortalarında Rusiya əcnəbilərin öz ölkələrinə aldıqları vəsiqə ilə sürücü kimi işləməsinə (şəxsi avtomobilin idarə edilməsi ilə bağlı heç bir qadağa yoxdur – müəl.) məhdudiyyət qoydu. Bundan başlıca olaraq keçmiş SSRİ vətəndaşları, o cümlədən azərbaycanlılar əziyyət çəkdi. Hazırda qüvvədə olan qanuna görə, Rusiyada sürücü işləmək istəyənlər ya sıfırdan oxuyaraq imtahan verməlidir. Xaricdə vəsiqə əldə etmiş şəxslər isə hazırlıq keçmədən birbşa nəzəri və praktik imtahan verərək ekvivalentlik almalıdır. Rus dilini bilməyən orta təhsilli əcnəbilər üçün bu çox ağır prosedur olduğu üçün əcnəbilərin əksəriyyəti sürücülük peşəsini atıb başqa işlə məşğul olmağa başladılar.
Sürücülük vəsiqəsi olan yerli vətəndaşların narkotik və psixoloji testlərdən keçirilməsi də çox sayda vakant sürücü yerinin yaranması ilə nəticələndi.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR













