Tam elektrikli “Mercedes G Series” təqdim olundu - FOTO

“Mercedes” tam elektriklə işləyən “G Series SUV”ni rəsmi olaraq təqdim edib. 1979-cu ildən bəri məşhurlaşan “G Series” indi yeni texnoloji dövrü təmsil edir.
Avtosfer.az xəbər verir ki, elektrikli “G-Class” daxili yanma versiyaları ilə müqayisədə daha çox texnologiya və yolsuzluq tutumu təklif edir.
Maşın dörd elektrik mühərriki ilə təchiz edilib və hər təkər üçün bir motor istifadə olunur. “EQ Technology” ilə “G 580” adlanan bu yeni “G Seriyası” 116 kVt/saat batareyaya malikdir. Maşın 0-100 kilometri 4,7 saniyəyə qət edə bilir.
“G Series G-Turn” və “G-Cornering” kimi yeni texnoloji xüsusiyyətləri ilə diqqət çəkir. “G-Turn” avtomobilin öz oxu ətrafında dönməsinə imkan versə də, “G-Cornerering” sıx döngələrdə daxili arxa təkərlərin sürətini azaltmaqla daha yaxşı idarəetməni təmin edir. 57,6 kiloqramlıq batareyası olan maşın 1 düym qalınlığında qoruyucu lövhə ilə qorunur.
Suya davamlı xüsusiyyəti sayəsində elektrikli “G Series” digər modellərindən 5,9 düym daha dərin suda hərəkət edə bilir.
Qeyd edək ki, şirkət elektrikli avtomobilin başlanğıc qiymətinin təxminən 180 min dollar olacağı bildirilib.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












