Reklam

Tam yeni LEXUS LM təqdim edildi - FOTOLAR

Avtodünya 14 Noyabr 2023 14:58 Oxunub 554
Tam yeni LEXUS LM təqdim edildi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polşanın Krakov şəhərində Lexus öz sevərləri üçün heyrətamiz LM modelini  təqdim etdi. Lüks, komfort, birinci sinif həyat tərzini sevən şəxslər üçün sözun əsl mənasında  həzz alacaqları bir avtomobili. İnsanla avtomobil arasındakı dailoqu tam təbii hala çevirmək üçün yaradılan Lexus LM Azərbaycanda 2 versiyada təqdim olunacaqdır. Bunlar 2.5 litrlik hibrid mühərrikə sahib olan 7 oturacaqlı və öz seqmentində bir sıra ilkləri özündə birləşdirən 4 oturacaqlı versiyadır. Avtomobilin eksteryerinə nəzər salsaq Lexus LM-də Lexus-un qlobal arxitekturasına xas olan GA-K platformasından istifadə olunub.

Ön radiator barmaqlılarına baxsaq burada ilk dəfə olaraq Lexus da kuzov rənginə boyanmış radiator barmaqlıqlarını görəcəyik. Kifayət qədər cəsur və eleqant görüntüyə sahibdir. Eləcə də artıq kuzovla ön raditor barmaqlıqları bir vəhdət halında dizayn edilmişdir. Avtomobilin ön faraları zərif və daha üfüqi 3 lü led proyeksiya işıqları ilə təchiz olunub. Axıcı dönmə işıqları isə avtomobilə ayrı bir gözəllik qatıb. Arxa işıqlarıda Lexus ən son avtomobillərində olduğu kimi axıcı dizayna sahibdir.

Lexus LM modelinin 4 oturacaqlı versiyasını nəzərdən keçirsək, burada inanılmaz bir sıra texnologiyalardan istifadə olunub. İçəriyə daxil olduqda sizi avtomobil istehsalında ilk olan boyük 48 düymlük HD Ultra geniş monitor qarşılayır. Monitor 3 rejimə sahibdir tam, kinoteatr və müstəqil rejim olan ekranı 2 hissəyə bölmə imkanı. Rahatlıqla bu avtomobildə siz kinoteatr abu havasını eləcə də biznes görüşlərinizini lazımı qaydada rahatlıqla keçirə biləcəksiniz.

Oturacaqların komfortu isə sizi valeh edəcək. Burada yaponiyanın takumi sənətkarları tərəfində əllə toxunan bır sıra hissələr mövcuddur. Oturacaqlar tamamilə açıla biləndir. Burada sizin bədəninizin vibrasiyalara, sallanmağa məruz qalmaması üçün bir sıra sistemlər çalışır. Lexusda ilk dəfə istifadə olunan “Arxa oturacaq komfort sistemi” avtomobildə gücün paylanmasına, avtomobilin duruşunun sabit saxlanılmasına, əyləclərin idarəsinə xüsusi nəzarət edir. Eləcə-də Lexusda ilk dəfə istifadə olunan Tezliklərə həssas Adaptik asqı sayəsində avtomobilin asqısı yola uyğun tənzimləmələr edir və içəridə möhtəşəm səs izolyasiyasını təmin edir.

Bir başka qabaqcıl texnologiya Lexus Klimat Konsirj sistemidir. Telefona bənzər tabletdə bir toxunuşla siz masaj rejimini, kabinin isıqlandırılmasını, kondisioner sisteminini,oturacağin vəziyyətini tənzimləyə biləcəksiniz. Klimat konsirj sistemində mövcud olan termal sensorlar ultra qırmızı temparatur olçümü edərək sizin bədəninizin istiliyinə uyğun olaraq əllərə ayaqlara və boyun nahiyyənizə isti və ya soyuq havanın yönləndirilməsinə qarar verir.

Avtomobil Mark Levinson premium 3D Surround səs sistemi ilə təchiz olunub. Burada 23 ədəd səsucaldan mövcuddur.

Sürücü komfortunada kifayət qədər diqqət yetirilib. Burada Tazuna kokpitində istifadə olunur. 14 düymlük monitorda sürücü avtomobilin 360 dərəcə vizualını görə bilər. Avtomobil bır sıra ən qabaqcıl təhlükəsiz texnologiyalarına sahibdir. Burada adaptiv uzaq işıqları sistemi, 3 cü nəsil Lexus təhlükəsizlik sistemi toqquşma əleyhinə sistemlər, yorğunluq xəbər edici sistem, təhlükə anında sükan dəstək sistemi və bir sıra digər təhlükəsizlik sistemləri ilə təchiz olunub. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh