Reklam

Tanınmış rəssam Milena Nəbiyevanın iştirakı ilə "Mercedes-AMG GLE Coupe" modelinin Fotosessiyası

Avtodünya 29 Fevral 2024 17:08 Oxunub 784
Tanınmış rəssam Milena Nəbiyevanın iştirakı ilə "Mercedes-AMG GLE Coupe" modelinin Fotosessiyası
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məşhur rəssam Milena Nəbiyevanın iştirakı ilə "Mercedes-AMG GLE Coupe" modelinin fotosessiyası keçirilib.
"Mercedes-Benz" brendinin dəstəyi ilə həyata keçirilən "She’s Mercedes" layihəsi müxtəlif peşə sahibləri olan xanımları öz ideyalarını və ilhamverici təcrübələrini bölüşmələri üçün bir araya gətirir. Bu da təsadüfi deyil, çünki qadın ilham mənbəyi deməkdir, ilham mənbəyi isə ən inanılmaz nailiyyətlər qazanmağımız üçün bizə güc verir.
"She's Mercedes" layihəsinin iştirakçısı Milena Nəbiyevanı "İstedadlı insan hər şeydə istedadlıdır" deyimi ilə xarakterizə etmək olar. Azərbaycanlı rəssam, YUNESKO-nun nümayəndəsi, Təbiəti Mühafizə Cəmiyyətinin sədr müavini və “Həyata ümid” Xeyriyyə Fondunun rəhbəri olan qəhrəmanımız başladığı hər işdə uğur qazanmağı bacaran şəxsdir.
Mercedes GLE Coupe” modelinin kuzovu hamar şəkildə maili dama və sanki uzadılmış arxa hissəyə malik kupe üslubunda işlənib hazırlanıb. Avtomobilin cəlbedici radiator qəfəsinin üzərində xromlanmış elementləri, mərkəzdə isə böyük ulduzu görmək olar. Dar zolaqlar şəklində hazırlanmış faralar LED altişıqlanmaya malikdir. Böyük hava girişi dəlikləri və diffuzoru olan bamperlər idman üslubunda dizayn edilib. Qapıların çərçivəsiz şüşələri avtomobilə xüsusi eleqantlıq bəxş edir. Təkər tağları krossoverin güc və yolsuzluq imkanlarını qabardan geniş konturlarla xarakterizə olunur. Kross-kupenin interyeri yüksək keyfiyyətli materialları və işlənməsi ilə seçilir. Cihaz panelində iki böyük rəqəmsal ekran var: onlardan biri sürət, dövrələr və digər parametrlər haqqında məlumatları əks etdirir, digəri isə səsli idarəetmə funksiyasına malik MBUX multimedia sistemini idarə etmək üçün nəzərdə tutulub. Konsol minimum sayda düymə və çeviricilərlə təchiz edilib, funksiyaların əksəriyyətini isə sensor ekran vasitəsilə və ya mərkəzi tuneldəki sensor paneldən istifadə etməklə konfiqurasiya etmək mümkündür. “GLE Coupe” həm passiv, həm də aktiv təhlükəsizlik səviyyəsinə malikdir. Avtomobilin kuzovunun güclü aparan konstruksiyası zərbənin enerjisini udur və sərnişinlərin təhlükəsizliyini təmin edir.

Avtomobillər haqqında daha ətraflı məlumat almaq üçün Mercedes-Benz-in Azərbaycandakı rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:
 

Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00 / *8885
Autostar Kaukasus GmbH Azərbaycan
Tel.: +994 12 496 50 50 / +99412 976.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh