Tarixi qərar: “Nissan” daxili yanma mühərriki ilə vidalaşır

“Nissan” daxili yanma mühərriklərinin inkişafına sərmayə qoymayacağını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu, şirkətin elektrik gələcəyinə doğru addım atması deməkdir.
Şirkət “Toyota” kimi rəqib istehsalçıların hibrid və qalıq yanacaq texnologiyalarını izləyəcək. “Nissan” Avropanın vitse-prezidenti Fransua Bayi son açıqlamasında şirkətin gələcəyinin elektriklə işləyən avtomobillərdən ibarət olacağını bildirib. O, şirkətin daxili yanma mühərrikləri üçün yeni güc aqreqatlarına sərmayə qoymadığını təsdiqləyib.
Lakin benzinli mühərriklər hələlik Nissan avtomobillərini gücləndirməyə davam edəcək. Bu açıqlama o deməkdir ki, biz benzin-dizel yanacaqlarından istifadə edən yeni nəsil “Nissan” mühərriklərini görməyəcəyik. Markanın diqqət mərkəzində elektrik mühərriki və akkumulyator texnologiyası olacaq.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












