Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO

"Mecum" hərracına çıxarılan "Chevrolet Camaro" modelləri üçün tarixi qiymət rekordu qeydə alınıb. Avtosfer.az bu barədə Oxu.az-a istinadən xəbər verir. İndi tarixdə ən bahalı "Camaro" artıq 1 milyon 815 min dollar dəyərindədir. Bu məbləğ anonim alıcı tərəfindən 1969-cu ilin modeli üçün hazırlanmış ilk prototip statusuna malik 57 illik kupeyə ödənilib. Avtomobil "high-performance" maşınlar xəttinin yaradıcısı Don Yenko tərəfindən hazırlanıb.
Bu maşının əsas fərqi, o dövrdə "Chevrolet" tərəfindən "Camaro" modellərində rəsmi olaraq tətbiq edilməyən mühərriklə təchiz olunmasıdır. Bu "Camaro" adi "Camaro"larla müqayisədə nəhəng sayılan 7.0 litrlik V8 (427 kubdüym) mühərriklə təchiz edilib. Tərtibatçıların hesablamalarına görə, bu mühərrik 450 at gücü hasil edirdi.
1969-cu ildə Don Yenkonun spesifikasiyaları üzrə cəmi 201 kupe yığılıb. Rekord qiymətə satılan nüsxənin dəyərini artıran digər amillər də var: orijinal aqreqatlar, kompleks restavrasiya hesabına zavod vəziyyətinə yaxın qorunma və kuzovun dizaynı.



"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












