Təmir sexinin tanıtımı üçün 60 manatlıq “Zaparojets” – FOTO

Xaçmazlı sahibkarların avtoservisin tanıdılması üçün istifadə etdiyi kreativ üsul insanların diqqətini çəkir. Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində yerləşən təmir sexinin sahibi köhnə “Zaparojets” markalı avtomobili dayaqlar üzərinə qaldırmaqla, avtoservisinin reklamına çarə tapmış olub. İyirmi ildən çoxdur dayaqlar üzərində dayanan bu “Zaparojets” şəhərin qonaqlarının da marağına səbəb olur. Sexin sahibi bu “Zaparojets”i 2002-ci ildə həmin vaxtın pulu ilə 300 min manat (indiki 60 AZN – red.) ödəyərək alıb. Elə o vaxtdan da avtomobil təmir sexinin tanıtımı üçün istifadə edilir.
Avtoservisdə işləyən ustalar bildirirlər ki, artıq 22 ildir hamı bu təmir sexinin yerini köhnə “Zaparojets”ə görə tanıyırlar. “Ərazini tanımayan müştəri olur. Zəng edəndə deyirik ki, “Zapı”nın yanına gəl. Dərhal bilirlər ki, söhbət hansı sexdən gedir. Avtoservis bəzi naviqasiya proqramlarında da “Zaparojets” adı ilə qeyd olunub. Uzaqdan göründüyünə görə müştərilər üçün də ərazini tapmaq asan olur. Yolun kənarında olduğundan rayona gələn qonaqların da diqqətini çəkir. Videosunu və fotosunu çəkib sosial şəbəkələrdə paylaşırlar. Ustalar zarafatlaşarkən köhnə “Zaparojets”in bütün avtomobillərə yuxarıdan aşağı “baxdığını” söyləyirlər”, - deyə avtomobil ustası Aydın Şahbazov bildirib. Avtomobil indi tam köhnəlsə də, tanıtım məqsədi üçün istifadə edilənədək işlək vəziyyətdə olub. Amma dayaqlar üzərinə qaldırılan zaman çəkisi yüngül olsun deyə motoru və digər ehtiyat hissələri çıxarılıb. Maşın dəmir konstruksiyaya qaynaq vasitəsilə bərkidilib. “Zaparojets” dayaqlar üzərinə bərkidilərkən təhlükəsizlik qaydaları nəzərə alınıb. Avtoservisdəki ustalar köhnə “Zaparojets”in sayəsində bütün regionda tanındıqlarını və müştəri sarıdan korluq çəkmədiklərini bildirirlər.



"Azərtac”
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










