Təmirə ehtiyac olmadan 650 min km-dən çox sürülə bilən 12 işlənmiş avtomobil - SİYAHI

Amerikalı analitiklər böyük təmirə ehtiyac olmadan 650 min kilometrdən çox yol qət edə bilən ikinci əl avtomobillərin reytinqini tərtib ediblər. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, işlənmiş avtomobil bazarı ənənəvi olaraq alıcıları cəlb edir. Üstünlüyü daha münasib qiymətlər, geniş seçim imkanı və uzun illər xidmət göstərə biləcək maşın tapmaq şansıdır. Lakin əsas sual həmişə eyni qalır: baha başa gələcək nasazlıqlardan qaçmaq üçün hansı modeli seçmək lazımdır?
Reytinqdə əsasən yapon modelləri üstünlük təşkil edir və xüsusilə “Toyota”nın dominantlığı hiss olunur. Uzunömürlü hesab edilən avtomobillər bunlardır:
- “Toyota Avalon” – flaqman sedan;
- “Toyota Tacoma” – orta ölçülü pikap;
- “Toyota Sienna” – böyük ailələr üçün miniven;
- “Toyota Sequoia” – iri yolsuzluq avtomobili.
Ayrıca bir qrupu “Honda” modelləri təşkil edir, onlar da özlərini uzunömürlü və etibarlı kimi göstəriblər:
- “Honda Accord” – orta sinif sedan;
- “Honda Pilot” – üç cərgəli SUV;
- “Honda Odyssey” – ailə miniveni;
- “Honda Civic” – kompakt hetçbek.
Siyahıya həmçinin Amerika istehsalı avtomobillər də daxildir. Bunlara ABŞ-ın ən populyar pikaplarından sayılan “Ford F-150”, eləcə də iri yolsuzluq avtomobili “Ford Expedition” daxildir.
Digər modellər arasında aktiv istirahət üçün yaradılmış universal “Subaru Outback” və yüksək dözümlülük nümayiş etdirən büdcə dostu koreya sedanı “Hyundai Elantra” var.
Mütəxəssislərin qiymətləndirməsinə görə, 650 min kilometrlik yürüş təxminən 25–30 il adi avtomobil istifadəsinə bərabərdir. Bu isə o deməkdir ki, siyahıya daxil edilmiş modellər bir neçə sahib dəyişsə belə, onilliklər boyu işlək vəziyyətdə qala bilər.
Bununla yanaşı, siyahıda adətən yüksək keyfiyyətlə əlaqələndirilən Avropa premium markaları yoxdur. Analitiklər vurğulayırlar ki, avtomobilin real etibarlılığı onun markasının statusu ilə deyil, uzunömürlülüyünü təsdiq edən statistika ilə ölçülür.
Ən dözümlü avtomobil adları AÇIQLANDI
Rüsum artır, Çin maşınları isə azalmır – SƏBƏB
Almaniyada elektromobillər ucuzlaşdı
"BMW"nin dizayneri Rusiya vətəndaşı oldu
1,7 litr mühərrikli sonuncu “Niva” konveyeri tərk etdi - FOTO
Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT
Bu ölkədə “Lexus” almağa icazə verilmir
Tarixə qovuşmuş avtomobil markası dirçəldilir - ÇİNƏ GÖRƏ - FOTO
Müşavir: Çinlilər Avropa bazarını götürmək istəyir - FOTO
Süni intellekt səhv etdi, istehsalçı “boz saqqalıları” geri çağırdı
Rusların “kitayski Toyota” müəmması










