“Tesla” 2 milyon avtomobilini buna görə geri çağırır...

“Tesla” proqram səhvlərinə görə minlərlə avtomobilini geri çağıran şirkətlər karvanına qoşulub. Şirkətdən verilən son açıqlamada sürücülərə dəstək sistemindəki bəzi problemlərə görə 2 milyondan çox modelin geri çağırılacağı bildirilib.
Avtosfer.az xəbər verir ki, geri çağırış çərçivəsində “Tesla” şirkəti 2 milyondan çox avtomobili təmir etməli olacaq. Lakin bu proses “Tesla” dilerlərinə baş çəkməklə həyata keçirilməyəcək.
Belə ki, 2012-ci ildən istehsal edilən və avtopilotu olan modellər proqram təminatının yenilənməsi yolu ilə düzəldiləcək.
Avtomobil istehsalçısının açıqlamasına görə, yeniləmə çərçivəsində sürücünün avtonom sürmə zamanı iştirakı vizual xəbərdarlıqlarla artırılacaq. Bundan əlavə, avtopilotun mühüm xüsusiyyətlərindən biri olan “Autosteer” defolt olaraq işə salınacaq.
Yeniləmə ilə avtopilot yalnız "köməkçi sürücülük dəstəyi" kimi istifadə ediləcək. Yəni məqsəd sükan arxasında olan sürücülərin yola diqqət yetirməsini və avtopilotun insanları əvəz etməməsini təmin etməkdir.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












