“Tesla” 77 milyard dollar itirdi – Tənəzzülün səbəbi nədir - FOTO

“Tesla” dünyanın ən böyük şirkətlərindən biridir. Məşhur iş adamı İlon Maskın “CEO”su olduğu şirkət son illərdə atdığı addımlarla tanınmasını artırıb və bazar dəyərini də xeyli artırıb. Ancaq son bir neçə gündə “Tesla”da işlər yaxşı getmir .
Avtosfer.az xəbər verir ki, şirkət neqativ hallarla üzləşib. Üstəlik, bazarda satışlar azaldıqda, bazar dəyərində ciddi itki müşahidə olunur.
Bəs bu tənəzzülün mənbəyi nədir? Niyə “Tesla” bazar dəyəri aşağı düşüb?
“Tesla”nın bazar dəyəri fevralın 28-də 643,46 milyard dollar olub. Ancaq 6 mart üçün onun 566 milyard dollara düşdüyünü görürük. Bu, 77 milyard dollar itki deməkdir . Şirkətin səhmlərinin qiyməti bazar ertəsi 7 faizdən çox, çərşənbə axşamı isə təxminən 4 faiz azalaraq 180 dollara düşüb . Bəs niyə?
Belə ki, “Tesla”nın tənəzzülünün iki mühüm səbəbi var. Bunlardan birincisi Almaniyanın Berlin şəhərində şirkətin böyük fabrikində baş verən yanğındır. Bu yanğından sonra fabrikə ciddi ziyan dəyib və istehsal mümkünsüz olub. Bu hadisə ilə şirkətə inam azalıb.
İkinci səbəb isə “Tesla”nın Çində satışlarının keçən ilin fevral ayı ilə müqayisədə 19 faiz azalmasıdır. Buna görə şirkət 60 min 365 satış edib. Enişin səbəbi Çinin Ay Yeni ili zamanı rəqib şirkətlərin qiymətlərini yeniləməsi və “Tesla”nın bu rəqabətdə geri qalmasıdır.
“Tesla”nın bazar dəyərinin azalmağa davam edib-etməyəcəyini və ya yenidən yüksəliş trendinə girəcəyini yaxın günlərdə görəcəyik.
Məhəbbət Tərlanoğlu
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO













