“Tesla” bir neçə ölkədə elektromobillərinin qiymətlərini endirib

“Tesla” kompaniyası ABŞ, Çin və bir sıra digər ölkələrdə bəzi model elektromobillərin qiymətini aşağı salıb.
Avtosfer.az xəbər verir ki, kompaniya ABŞ-da “Model Y” büdcəli krossoveri, “Model X” premium krossoveri və “Model S” sedanının qiymətini 2 min dollar ucuzlaşdırıb. Həmçinin sürücüyə yardım sisteminin (avtopilot) qiyməti 12 min dollardan 8 min dollara endirilib.
Çində isə “Model 3” büdcəli sedanın, həmçinin “Model Y”, “Model X” və “Model S” modellərinin qiyməti təxminən 2 min dollar aşağı salınıb. Endirimlər bəzi Avropa, Yaxın Şərq və Afrika ölkələrində də tətbiq olunub.
Qeyd edək ki, “Tesla” kompaniyasının rəhbəri İlon Mask ötən həftə Hindistana planlaşdırılan səfərini təxirə salıb. Səfərin bu ilin sonunda baş tutacağı gözlənilir. İlon Mask Hindistanda avtomobil zavodu tikmək niyyətindədir.
Trend
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












