"Tesla" bu il 10 milyard dollardan artıq kapital qoyuluşu planlaşdırıb

Amerikanın elektrikli avtomobil istehsalçısı "Tesla"nın kapital qoyuluşları 2024-cü ildə 10 milyard dolları ötəcək.
Avtosfer.az-ın məlumatına görə, bu barədə şirkətin illik hesabatında deyilir.
Bildirilib ki, 2023-cü ildə bu rəqəm bir il əvvəlki 7,16 milyard dollarla müqayisədə 8,9 milyard dollara yüksəlib.
“Biz eyni zamanda, yeni məhsulların istehsalını artırırıq, üç qitədə istehsal müəssisələri tikirik və ya genişləndiririk, akkumulyatorlar üçün yeni texnologiyaları inkişaf etdiririk, doldurma stansiyaları şəbəkəsini genişləndiririk", - deyə sənəddə qeyd edilir.
Şirkət satışların artımı ilə dəstəklənən sərbəst pul axını hesabına sərmayələri maliyyələşdirə biləcəyini güman edir.
Keçən həftə şirkət 2023-cü ilin dördüncü rübünə dair hesabatı dərc edib və xəbərdarlıq edib ki, yeni ildə gəlirinin artım templəri yavaşlayacaq.
Trend
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












