"Tesla" sahibi olan qonşudan necə pul qoparmaq olar? - FOTO

"Tesla" elektromobillərinin xarici kameraları ilə bağlı daha bir ziddiyyət ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, bu kameralar avtomobil hərəkətdə olmadıqda belə, çəkiliş aparır. Bu da oğurluq və ya vandalizm halları zamanı sübut kimi istifadə edilə bilər. lakin, qanun başqa şey deyir.
Belçikanın Rəqəmsal texnologiyalar naziri vanessa Matz bildirib ki, Teslanın bu rejimi (Sentry mode – Belçikada buna “saatdar rejimi” deyilir) qanunvericiliyə ziddir. 2007-ci ildə qəbul edilmiş qanuna görə, fiziki şəxslər ictimai yerdə çəkiliş apara bilməz. Teslanın kameraları isə küçələri, səkiəri və ordan keçənləri çəkməklə məxfilik prinsipini pozur, şəxsi həyata müdaxilə edir.
Bu açıqlama təkcə yerli deyil, həm də Avropa qanunvericiliyinə əsaslanır. Avropa məhkəməsinin qərarına görə, təhlükəsizlik kameralarının quraşdırılması zamanı mütləq zərurət və proporsionallıq prinsipinə əməl edilməlidir. Əks halda kameradan istifadəyə görə hüquqi şəxslər yüz minlərlə avro cərimələnə bilər.

Bununla belə, praktikada bu qaydaya çox da əməl edilmir. Hüquqşünaslar bildirirlər ki, hər br Tesla avtomobilində təhlükəsizlik kamerasının mövcudluğu ilə bağlı bildiriş olmalıdır. Avtomobilə yaxlnlaşmış şəxsin zərurət yaranıqda bu kamera təsvirləri ilə tanış olmaq hüququ var.
Yeri gəlmişkən, belçikalılar bu hüquqdan istifadə edirlər. Bu ölkədə Tesla sahibləri dəfələrlə qonşularına bir neçə yüz avro təzminat ödəyiblər. Böyük məbləğdə cərimə hələ ki tətbiq edilmir. Bununla belə, Belçika məhəkəmələrinin qərarları Avropada presedent yarada bilər.
Vüqar Yaşaroğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












